Kerol | |
---|---|
Carol | |
Janr | dram filmi |
Rejissor | Todd Heyns |
Prodüserlər |
Elizabet Karlsen Stiven Vulli Kristina Vaxon |
Ssenari müəllifi | Fillis Neyci |
Baş rollarda |
Keyt Blanşett Runi Mara Sara Polson Kayl Çendler |
Operator | Edvard Laxman |
Bəstəkar | Karter Böruell |
Quruluşçu rəssam | Cudi Bekker[d] |
İstehsalçılar | Film4 Productions[d][3][4], Killer Films[d][3][5][…] |
Distribütor | The Weinstein Company[d][6], Netflix |
İlk baxış tarixi | 17 may 2015 Kann, 20 noyabr 2015 ABŞ, 27 noyabr 2015 Birləşmiş Krallıq |
Müddət | 118 dəq. |
Büdcə | $11.8 milyon[1] |
Gəlir | $39 milyon[2] |
Ölkələr |
ABŞ Birləşmiş Krallıq |
Dil | ingilis dili |
İl | 2015 |
Rəng | rəngli |
Çəkiliş yeri | Sinsinnati |
IMDb | ID2402927 |
Vikianbarda əlaqəli mediafayllar |
Kerol (ing. Carol) — britaniyalı və amerikalı rejissor Todd Heynsin romantik dram filmidir. Filmin əsasını yazıçı Patrisia Haysmitin "Duzun qiyməti" (həmçinin Kerol kimi də tanınan) romanı təşkil edir. Filmin ssenarisi Fillis Neyci tərəfindən yazılmışdır. Filmdə əsas rolları Keyt Blanşett, Runi Mara, Sara Polson, Kayl Çendler və Ceyk Lesi canlandırmışlar. Hadisələrin 1950-ci illərin Nyu-Yorkunda baş verdiyi filmdə gənc fotoqraf xanım və çətin seçim qarşısında qalmış orta yaşlı qadın arasındakı yasaq sevgidən bəhs edilir.
Kerol filminin istehsalına hələ 1997-ci ildə başlanılmışdır; məhz həmin dövrdə, Fillis Neyci ssenarinin birinci layihəsini tərtib etməyi qərara alır. Böyük Britaniyanın məşhur Film4 Productions şirkəti və onun keçmiş icraçı direktoru Tessa Ross filmin hazırlaması üçün lazımi maliyyə vəsaitini ayırırlar. Öz uzun müddətli "yetişmə dövrünün" gedişatı zamanı, film maliyyələşdirmənin axtarışı, müəllif hüquqları, əsas iştirakçıların iş qrafiklərinin uyğunluğu və lazımlı insanlara çıxışla çətinliklər də daxil olmaqla bir sıra çətin həll olunan maneələrlə rastlaşmışdır. Number 9 Films studiyasının həmtəsisçisi olmuş Elizabet Karlsen romanın ekranlaşdırması üçün tələb olunan bütün hüquqları əldə etdikdən sonra, onun çalışdığı studiya 2011-ci ildə çəkilişlərə qoşulacağını bildirir. Nyu-Yorkun Killer Films şirkətinin əməkdaşı Kristina Vaxon 2013-cü ildə ekranlaşdırılacaq filmin rejissoru ilə tandemdə çıxış etmək məqsədilə bir müddət birqə çalışdığı Todd Heynsə müraciət edir və ondan rəsmi icazəni aldıqdan dərhal sonra layihəyə qoşulur. Əsas çəkilişlər 2014-cü ilin mart ayında Ohayo ştatının Sinsinnati şəhərində başlanır və 34 gün ərzində davam edir. Kinooperator Edvard Laxman Kerol filmini Super 16 mm adlı xüsusi plyonka ilə çəkir.
Kerol 2015-ci ildə keçirilən Kann kinofestivalı zamanı Qızıl Palma Budağı nominasiyası üzrə rəqabət aparmaq üçün seçilir və filmdə baş rolu oynamış Runi Mara əldə etdiyi "Ən Yaxşı Qadın Oyunçu" mükafatını Emmanuell Berkot ilə bölüşür. Film tənqidçilərdən əsasən müsbət rəy alması və müxtəlif film festivallarında bir çox nominasiya əldə etməsinə baxmayaraq, 88-ci Oskar mükafatında 6 nominasiyaya namizəd olan film heç birini qazana bilməmişdi, həmçinin 73-cü Qızıl Qlobus mükafatında 5 nominasiya, 69-cu BAFTA film festivalında isə 9 nominasiyaya namizədlik əldə etməsinə baxmayaraq, tərəfdaş çıxdığı və namizədlik əldə etdiyi sahələrdən heç birində qalib olmamışdır. Bununla belə, Kerol kinotənqidçilər tərəfindən nəşr edilən bir çox publikasiyalarda 2015-ci ilin ən yaxşı filmi adlandırılmış və ümumilikdə 130 filmin də yer aldığı geniş siyahıda top-10-a daxil edilmişdir. Film 20 noyabr 2015-ci ildə ABŞ-də seyircilər üçün məhdud buraxılışda təqdim olunmuş və yalnız 15 yanvar 2016-cı ildə geniş prokata buraxılmışdır. Həmçinin film 27 noyabr 2015-ci ildə Böyük Britaniyada tamaşaçılar üçün nümayiş olunmuşdur.